Xasqi mavi göz – qara-ağ rəngli, alnında ağ zolaqlı, sinəsi və pəncələri ağdır. Yumşaq tüklü, parlaq gözlü, aktiv və mehribandır. İnsanla təmasa öyrəşib, qucağı sevir. Ev şəraitinə uyğun, həyətyanı sahə üçün də münasibdir. Gündəlik oyun və məşqə həvəsi var, sosiallaşma üçün əlverişlidir. Kiçik ölçülü olduğundan mənzildə saxlanması rahatdır. Yeni ailəsində sevgi və diqqətlə sürətlə uyğunlaşacaq sadiq dost.