1 nəfər xanım otaq yoldaşı axtarılır. Xalqlar Dostluğu metrosunun düz çıxışında, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 65 m² olan 2 otaqlı, təmirli və səliqəli mənzilə tələbə qız otaq yoldaşı axtarılır. Mənzil orta blokda yerləşir, 2 geniş otağı, 1 geniş mətbəxi və 2 eyvanı (biri bağlı) vardır. Mənzilin hər iki tərəfə şəhərə açılan gözəl mənzərəsi var. Ev əşyalıdır və rahat yaşayış üçün bütün zəruri şərait mövcuddur: paltaryuyan maşın, soyuducu, divan, çarpayı, masa və stullar vardır. Qaz, su, işıq və internet fasiləsizdir, həmçinin mərkəzi istilik sistemi mövcuddur. Hazırda mənzildə 1 nəfər dövlət işində işləyən xanım yaşayır. Bir nəfər üçün aylıq ödəniş 260 AZN. Vasitəçilərdən xahiş olunur narahat etməsinlər.