Biləcəri qəsəbəsi, Həmdəm Ağayev küçəsində yerləşən Greenville Residence yaşayış kompleksində 2 otaqlı mənzil satılır.
Ümumi sahəsi 91,6 kv.m olan mənzil 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Günəşli istiqamətə baxan mənzilin qarşısında bina olmadığı üçün geniş və açıq panoram mənzərəsi var.
Mənzil təmirsizdir, geniş pəncərələrə və böyük eyvana malikdir. Bu da yeni sahibinə evi zövqünə uyğun şəkildə planlaşdırmaq və təmir etmək imkanı yaradır.
Yaşayış kompleksi müasir standartlara uyğun inşa olunub. Ərazidə yaşıllıq zonaları, futbol və basketbol meydançaları, istirahət sahələri və Greenville Mall ticarət mərkəzi yerləşir. Binada rahat lift sistemi və gündəlik yaşayış üçün əlverişli infrastruktur mövcuddur.
Kod: 1554