9-cu mikrorayonda, Mir Cəlal küçəsində, Müəllimləri Təkmilləşdirmə Universitetinin arxasında yerləşən Kiyev layihəli mənzil satılır.
Mənzil 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. 2 otaq və qanuni əlavə uşaq otağından ibarətdir. Skvaznoy planlıdır və hər iki tərəfə çıxışı var.
Mənzil 1 il əvvəl şəxsi yaşayış üçün sıfırdan yenidən layihələndirilərək yüksək keyfiyyətlə təmir olunub. Təmir zamanı bütün kommunal xətlər tamamilə yenilənib. Mənzildə 3 geniş balkon var, onlardan biri açıq balkondur.
Mənzil yarı əşyalı satılır. Yataq otağının mebeli və elektronika (soyuducu, paltaryuyan və televizor) götürüləcək, qonaq otağının və mətbəxin mebelləri isə qalacaq.
Universitetə, məktəbə, marketlərə və digər zəruri infrastruktur obyektlərinə yaxın yerləşir. Mənzil yaşayış üçün tam hazırdır və əlavə xərc tələb etmir.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Binəqədi ray., 9-cu mikrorayon, Memar Əcəmi m/st