Binaqədi Residence-də tam modern təmirli mənzil satılır
Binaqədi şossesi 5 ünvanında yerləşən Binaqədi Residence yaşayış kompleksində 55 kv.m sahəsi olan, tam modern təmirli mənzil satılır.
Mənzil 12-ci mərtəbədə yerləşir, üstündə mansard var. Mənzildə 1 ildən az yaşayış olub və hazırda çox səliqəli vəziyyətdədir. Bir çox mebel və əşyalar mənzildə qalacaq, yalnız bəzi elektronika əşyaları götürüləcək.
Mənzil modern dizaynla təmir olunub və əlavə təmir tələb etmir.
Kompleksin daxilində Araz supermarket, gözəllik salonu və diş klinikası fəaliyyət göstərir. Bina 24/7 mühafizə olunur, girişdə şlaqbaum var. Həyətdə avtomobil saxlamaq üçün yer mövcuddur.
Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər, mağazalar, meyvə-tərəvəz dükanları və digər zəruri obyektlər yerləşir. Avtobus dayanacağı və müxtəlif istiqamətlərə gedən marşrutlar binanın yaxınlığından keçir.
Bakı Dövlət Yol Polisi İdarəsinə də yaxın ərazidə yerləşir.
Mənzil həm təmiri, həm əşyaları, həm də əlverişli infrastrukturu ilə əlavə xərc tələb etmədən köçüb yaşamaq üçün hazır vəziyyətdədir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Binəqədi ray., Binəqədi qəs.