Zəhmət olmasa, elanı diqqətlə oxuyun.
Abşeron Gənclər Şəhərciyi, Riyad Ticarət Mərkəzinin qarşısında.
Ev sahibiyəm, mənzil şəxsi mülkümdür.
Mənzil hazırda dövlət ipotekasındadır. Aylıq ödəniş 492 AZN-dir, ipoteka üzrə 3 il ödəniş edilib. Sənəd: çıxarış (kupça).
Mənzili həm ipoteka ilə (ilkin ödəniş 60 000 AZN), həm də nağd şəkildə almaq mümkündür. Gənc ailələr üçün ideal seçimdir.
Şəhərcikdə bütün zəruri infrastruktur mövcuddur. Binanın altında DOST Agentliyi, yaxınlığında 10 nömrəli məktəb və Abşeron Rayon Mərkəzi Xəstəxanası yerləşir.
Mənzil haqqında:
11 mərtəbəli binanın 4-cü mərtəbəsi
Ümumi sahə: 70 kv.m
Orta mənzil
Döşəmə parketdir
Qaz, su və işıq daimidir
İstilik sistemi kombidir
Mətbəxdə isti döşəmə sistemi var
Əlavə olaraq Ariston quraşdırılıb
Şəkildə görünən əşyaların təxminən 90%-i qalacaq
Pəncərələr həyətə deyil, çölə baxır
Avtobus dayanacağına piyada 3 dəqiqəlik məsafədədir
20 Yanvar metrosuna avtobus zolağı ilə təxminən 15–20 dəqiqəlik məsafədə yerləşir (500, 503, 508, 199 nömrəli marşrutlar)
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
WhatsApp aktivdir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, Hazır ipoteka
Yerləşmə: Abşeron, Masazır qəs.