Mənzil Nəsimi rayonunda, Abbasqulu Bakıxanov küçəsində, Özbəkistan səfirliyi və Sevil Qaziyeva Parkının qarşısında yerləşir. Dostluq kinoteatrının, Hayat Regency otelinin, Rusiya və Türkiyə səfirliklərinin yaxınlığında yerləşən mənzil şəhərin ən prestijli və yaşıllıqla əhatə olunmuş ərazilərindən birindədir.
Mənzil daş binanın orta blokunda yerləşir və yelçəkəndir. Bina “Xruşov” layihəlidir və mərkəzi istilik sistemi ilə təmin olunub.
Qanuni 2 otaqlı mənzil dizayner nəzarəti altında yüksək səviyyədə təmir olunub. Təmir zamanı keyfiyyətli və seçilmiş materiallardan istifadə edilib:
Bambuk parket;
İtaliya istehsalı “Zambaiti Parati” oboylar;
Keyfiyyətli mətbəx mebeli;
Qapılar, qarderob və plintuslar avtomobil boyası ilə işlənib;
Hamam və dəhlizdə isti döşəmə sistemi;
Bütün otaqlarda və hamamda fərdi audio sistem;
Qaz, su və işıq daimidir.
Mənzil şəxsi yaşayış üçün xüsusi diqqətlə təmir olunub və təmirdə keyfiyyətə üstünlük verilib.
Ərazidə məktəblər, uşaq bağçaları, parklar, marketlər və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Mənzil şəxsi mülkiyyətdir. Müəyyən səbəblərdən satışa çıxarılıb.
Vasitəçilər və maklerlər narahat etməsin.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Nəsimi ray., Nizami m/st