2 otaqlı, Yeni tikili, 81 kv. m

SatılırİşlənmişBu gün yayımlandı
ŞəhərSaray
Tarix
Baxışlar4
Nömrə№1040987
Təsvir
Saray MTK yaşayış kompleksində qanuni 2 otaqlı mənzil satılır.
MANSART deyil, tam yaşayış mərtəbəsidir. Sonuncu mərtəbə olmasına baxmayaraq, dam örtüyü tam sağlamdır, yağışlı havalarda evə su daxil olmur və damla bağlı heç bir problem yaşanmır.
Sahəsi: 81 kv.m
Mərtəbə: 14/14
Binada 2 ədəd lift var. Hər iki lift sonuncu mərtəbəyə kimi qalxır.
Mənzil əşyalı satılır. Əşyalar təzə və keyfiyyətlidir. Mənzilin 2 balkonu var və hər iki balkon reşotka ilə bağlanıb. Mənzil 4%-li dövlət ipotekasındadır. İpotekanın 2 il 8 ayı artıq ödənilib. İlkin ödəniş: 55 000 AZN. İlkin ödənişdə endirim mümkündür.
Aylıq ödəniş: 613 AZN (Hazırda bu kvadratda mənzillər üzrə aylıq ödəniş təxminən 829 AZN təşkil edir).
Kompleks geniş və rahat yaşayış üçün əlverişli ərazidə yerləşir. Kompleksin daxilində uşaqlar üçün idman meydançası, Araz, Bazarstore, Superstore və digər marketlər mövcuddur. Yaxınlıqda məktəb, bağça və aptek yerləşir. MTK-nın yaxınlığından 20 Yanvar istiqamətinə 2 Baku Bus və digər marşrutlar hərəkət edir. Dənizə təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.

