Xəzər rayonu, Buzovna qəsəbəsinin Albalılıq-1 yaşayış massivində 4 sot torpaq sahəsində inşa edilmiş həyət evi satılır.
Ümumi sahəsi 158 kv.m olan 2 mərtəbəli ev 3 otaqdan ibarətdir. Ev tam təmirlidir, otaqları geniş və işıqlıdır. Rahat yaşayış üçün bütün zəruri şərait yaradılıb.
Həyət tamet daşlarla döşənib, burada müxtəlif meyvə ağacları və əkin üçün ayrıca torpaq sahəsi mövcuddur. Ərazi tam yaşayışlı, sakit və əlverişlidir. Dənizə avtomobillə təxminən 15 dəqiqəlik məsafə var. Yaxınlıqda marketlər və gündəlik ehtiyaclar üçün digər zəruri obyektlər yerləşir.
Əmlakın sənədi bələdiyyə sənədidir. Ev həm daimi yaşayış, həm də bağ evi kimi istifadə üçün uyğun seçimdir.