Bakıxanov qəsəbəsində, Sülh küçəsində, Heydər Parkının yaxınlığında yerləşən 3 otağa düzəldilmiş mənzil satılır.
Mənzil Kiyev layihəli 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Çıxarış üzrə sahəsi 56 kv.m, faktiki ümumi sahəsi isə 68 kv.m-dir. Mənzil yaxşı təmirlidir, artırması var və bütün əşyaları ilə birlikdə satılır.
Orta blokda yerləşir, künc deyil və yelçəkəndir. Qaz, su və işıq daimidir.
Mənzilin çıxarışı (kupçası) var və dövlət ipotekasına yararlıdır.
Bina qəsəbənin tam mərkəzində, əsas yolun kənarında yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər, ticarət mərkəzləri və digər zəruri infrastruktur obyektləri mövcuddur. Binanın qarşısından ictimai nəqliyyat keçir.
Əsas yola baxdığı üçün gələcəkdə obyekt kimi istifadə üçün də əlverişli seçimdir.
Mənzil alqı-satqıdan 1 həftə sonra təhvil veriləcək. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Sabunçu ray., Bakıxanov qəs.