Grand Hayat Residence yaşayış kompleksində premium təmirli, tam mebelli və tam təchiz olunmuş 3 otaqlı, 115 m² mənzil uzunmüddətli kirayə verilir.
Mənzil 2-ci binanın 7-ci mərtəbəsində yerləşir. Müasir studiya planlaması, yeni təmiri və yüksək keyfiyyətli mebel və məişət texnikası ilə rahat yaşayış üçün tam hazır vəziyyətdədir. Mənzil yeni təmirlidir, təmirdən sonra qısa müddət yaşayış olub və çox səliqəli vəziyyətdə saxlanılıb.
PLANLAMA
• Mətbəxlə birləşdirilmiş geniş, açıq planlı studiya tipli qonaq otağı
• Əsas yataq otağı — ayrıca şəxsi sanitar qovşağı ilə
• Ayrıca kabinet/ofis otağı — açılıb-bağlanan divanla təchiz olunub; ehtiyac olduqda qonaq və ya əlavə yataq otağı kimi də istifadə edilə bilər
• İkinci, ümumi sanitar qovşaq və duş
• Kompleksin daxili həyətinə baxan açıq eyvan
• Eyvanda əlavə saxlama üçün qapalı dolablar
Mənzilin bütün əsas otaqları ayrıca kondisionerlə təchiz olunub. Kombi isitmə sistemi mövcuddur və hər iki sanitar qovşaqda isti döşəmə quraşdırılıb.
Mənzil tam mebelli və yaşayış üçün lazım olan məişət texnikası ilə təchiz olunub:
• LG Smart TV
• Soyuducu
• Qabyuyan maşın
• Paltaryuyan maşın
• Soba
• Qaz plitəsi
• Aspirator
• Kofe maşını
• Elektrik çaydanı
• Toster
• Əl tozsoranı
• Robot tozsoran
• Ütü
• Wi-Fi modem
Mənzil birbaşa köçüb yaşamaq üçün tam hazırdır.
Mənzildə internet xətti və Wi-Fi modem hazırdır. Hazırkı tarif 100 Mbit/s — aylıq 25 AZN təşkil edir. Ödəniş edildikdən sonra internet xidməti həmin gün aktivləşdirilir.
Grand Hayat Residence kompleksinin aylıq xidmət haqqı 86,93 AZN təşkil edir. Kommunal xərclər, internet və kompleksin xidmət haqqı kirayəçi tərəfindən ayrıca ödənilir.
Kompleks 24/7 mühafizə olunur və müşahidə kameraları ilə nəzarətdə saxlanılır. Binalarda liftlər və kompleks daxilində yeraltı parking mövcuddur.
Kompleksin 3-cü mərtəbəsində sakinlər üçün geniş ümumi həyət və istirahət zonası yerləşir. Burada futbol və basketbol meydançaları, idman zonası və uşaq meydançası mövcuddur.
Eyni mərtəbədə gündəlik ehtiyac və xidmətlər üçün market, camaşırxana, coffee shop, masaj salonu, estetika mərkəzi, kişi salonu və digər xidmət obyektləri fəaliyyət göstərir.
Ünvan: Tbilisi prospekti 1054, Bakı — Grand Hayat Residence.
Kompleksin müxtəlif istiqamətlərə rahat avtomobil çıxışları mövcuddur. Mənzil McDonald’s və IST Petrol istiqamətindəki çıxışlara yaxın yerləşir.
Ərazi ictimai nəqliyyat baxımından da əlverişlidir — avtobus dayanacaqları kompleksə yaxın məsafədədir.
KİRAYƏ ŞƏRTLƏRİ VƏ ƏLAVƏ QEYDLƏR
• Mənzil 1 noyabrdan etibarən kirayə verilir.
• Minimum kirayə müddəti 1 ildir.
• Depozit — 1 000 AZN.
• Mənzil ailələr və xarici vətəndaşlar üçün uyğundur. Foreign tenants are welcome.
• Uşaqlı ailələr üzrə müraciətlərə baxılarkən daha böyük yaşda övladı olan ailələrə üstünlük verilir.
• Tələbələr üçün nəzərdə tutulmayıb.
• Mənzildə siqaret çəkməyə icazə verilmir
• Ev heyvanları qəbul edilmir.
• Elan birbaşa mülkiyyətçi tərəfindən yerləşdirilib — vasitəçi yoxdur.