Su nasosunu akvariumda suyun təmizlənməsi üçün istifadə etmək lazımdır. O, hər cür dəniz və şirin su akvariumları üçün uyğundur. Bulaq və şəlalələrin qurulması üçün, həmçinin akvariumdan kənarda yerləşən bəzi qurğulara şlanqla suyun ötürülməsi üçün tətbiq oluna bilər. Nasos yüksək keyfiyyət, iqtisadi və az səs-küy səviyyəsi ilə xarakterizə olunur. Suya havalandırma imkanı olan əlavə başlıqla təchiz edilmişdir.