Tədris komandamıza Alman dilini yüksək səviyyədə bilən, öz sahəsində peşəkar və nəticəyönümlü Alman dili müəllimi axtarırıq.
Namizədə əsas tələblər:
Alman dili biliyinin yüksək səviyyədə olması
Qrammatika, danışıq, yazı, oxu və dinləmə bacarıqlarının peşəkar səviyyədə tədrisi
Xaricdə universitet təhsili üçün tələb olunan TestDaF, DSH, telc, Goethe-Zertifikat və digər Alman dili imtahanlarına hazırlıq keçmək bacarığı
Tələbələri A1–C1 səviyyələri üzrə sistemli şəkildə hazırlamaq
Fərdi və qrup dərslərini effektiv təşkil etmək
Müasir və nəticəyönümlü tədris metodlarından istifadə etmək
Məsuliyyətli, punktual və peşəkar iş yanaşmasına sahib olmaq
Müvafiq sahədə müəllimlik təcrübəsinin olması üstünlükdür
Vəzifə öhdəlikləri:
Alman dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi
Tələbələrin mövcud səviyyəsinin müəyyənləşdirilməsi və məqsədlərinə uyğun tədris planının hazırlanması
Universitet qəbulu və təhsil məqsədilə tələb olunan Alman dili sertifikat imtahanlarına hazırlığın aparılması
Tələbələrin inkişafının və imtahan hazırlığının mütəmadi izlənilməsi
Keyfiyyətli və nəticəyönümlü tədrisin təmin edilməsi
Əməkhaqqı: Razılaşma yolu ilə müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız Alman dili biliyi yüksək səviyyədə olan və tədris prosesinə peşəkar yanaşan namizədlərin müraciət etməsi xahiş olunur.
Son müraciət tarixi: 10.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/xezer-academy-alman-dili-muellimi-150843