İş haqqında məlumat:
Təyin olunmuş mətbəx bölməsində (isti yeməklər, soyuq yeməklər və s.) gündəlik iş prosesini həyata keçirmək;Menyu üzrə yeməkləri resept və porsiya standartlarına uyğun hazırlamaq;İlkin hazırlıq işlərini (mise en place) vaxtında tamamlamaq;Yeməklərin keyfiyyətinə, təqdimatına və temperaturuna nəzarət etmək;HACCP, qida təhlükəsizliyi və gigiyena qaydalarına riayət etmək;FIFO prinsipinə uyğun məhsulların düzgün istifadəsini təmin etmək;Servis zamanı bölmədə operativ və səmərəli iş prosesini qorumaq;Köməkçi aşpazlara və mətbəx köməkçilərinə dəstək göstərmək və onları istiqamətləndirmək;Bölmənin təmizliyini təmin etmək, avadanlıqlara düzgün qulluq etmək və ehtiyac yarandıqda rəhbərliyi məlumatlandırmaq.
Tələblər:
Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;Ən azı 1 il köməkçi aşpaz vəzifəsində iş təcrübəsi;Bişirmə texnikaları və bıçaqdan istifadə bacarığı;Reseptləri oxumaq və standartlara uyğun tətbiq etmək bacarığı;Qida təhlükəsizliyi və sanitariya qaydaları üzrə bilik;Komanda ilə işləmək və ünsiyyət bacarığı, məsuliyyətlilik və operativlik;Növbəli iş qrafikində işləmək imkanı(əsasən gecə).
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/09/2026