Avropanın ən keyfiyyətli və etibarlı velosiped markalarından olan İtaliyanın "Wilier" brendinə aid şosse velosipedi satılır. Velosiped ideal texniki və estetik vəziyyətdədir, ehtiyatla istifadə edilib, bütün mövsümi texniki xidmətləri vaxtlı-vaxtında yerinə yetirilib. Çox sürətli və rahat velosipeddir. Əyləc sistemi, krankset, ön və arxa təkər topları (vtulkalar), sürət keçiriciləri (şifterlər), transmissiya Yaponiyanın məşhur "Shimano" (TİAGRA) brendinə, ön və arxa disklər "Wilier" brendinə, pakrışka və kamer (28) isə İtaliyanın məşhur "Vittoria Zaffiro" brendinə məxsusdur. Ön maşa karbondur, "Wilier" brendinə aiddir. Velosiped müasir və çoxfunksiyalı bort kompyuterlə təchiz edilib, bütün hərəkət göstəricilərini, o cümlədən hərəkət sürətini real zamanda izləmək mümkündür. Ümumi dəyəri 1200 AZN təşkil edən aşağıdakı orijinal aksesuarlar və ehtiyat hissələri də qiymətə daxildir və velosipedin üstündə verilir:
- "Wilier" brendinə məxsus orijinal su qabı tutacağı və aktibakterial su qabı (119 və 80 AZN alınıb);
- "Wilier" brendinə məxsus orijinal hava nasosu (80 AZN alınıb);
- "Wilier" brendinə məxsus orijinal e/h çantası (90 AZN alınıb);
- "Wilier" brendinə məxsus orijinal açar dəsti (49 AZN alınıb);
- "NorthWave" brendinə məxsus orijinal karbon altlıqlı velosport ayaqqabısı (250 AZN alınıb);
- Fransanın "Look" brendinə məxsus orijinal velosport pedalları (102 AZN alınıb);
"Force" brendinə məxsus orijinal dəbilqə (150 AZN alınıb);
- "Sora" brendinə məxsus orijinal velosport forması (308 AZN alınıb);
- "TwinShield" brendinə məxsus orijinal eynək;
- Orijinal ehtiyat kamer, standart pedal dəsti, sep yağı, alətlər;
- Velosipedin istismar və texniki xidmət rəhbərlikləri və təlimatları.
Velosiped "Wilier" brendinə məxsus daha üstün kateqoriyalı şosse velosipedinin alınması sabəbindən satılır.