Pasabahce - bu bar və masa düzümü üçün geniş çeşiddə şüşə qabdır: badələr, stəkanlar, sürahilər, salat qabları və sair. “Pashabahçe” qabları restoran biznesi üçün əla həll yoludur. Bu qabların üstünlüyü isə digər qablar müqayisədə divarlarının daha qalın olmasıdır. Bu onu gündəlik intensiv istifadə üçün əlverişli edir, eyni zamanda onun xarici dizaynını korlamır və pozmur. Belə qablar təhlükəsiz, möhkəm, zərbələrə, sınıqlara və çatlara qarşı daha dözümlüdür, qabyuyan maşınlarda tez-tez yuyulmaları üçün idealdır və uzun müddət öz ilkin görünüşünü saxlayır.