Portativ qatlanan plastik masa (stol-çamadan) modeli həm daxili, həm də xarici məkanlarda çoxməqsədli istifadə üçün nəzərdə tutulmuşdur. Yüksək sıxlıqlı və qalın polietilen plastikdən hazırlanmışdır. Suya, zərbələrə və ləkələrə qarşı davamlıdır. Açıq halda uzunluğu 180 sm, eni 74 sm-ə bərabərdir. Masa ortadan iki yerə qatlanır. Üzərindəki xüsusi plastik tutacağı (qulpu) vasitəsilə onu çamadan kimi asanlıqla daşımaq mümkündür. İstifadə edilmədiyi zaman qatlanaraq divar kənarına qoyula bilər və ya avtomobilin baqajına rahatlıqla yerləşir. Açıq havada, terrasda və ya bağçada ailəvi yeməklər üçün, piknik və kempinq üçün mükəmməldir.