TEH TPS734-1B akkumulyatorlu bağ qayçısı ağac budaqlarının, kol və bağ bitkilərinin rahat budanması üçün nəzərdə tutulub. Güclü fırçasız mühərriki və iti kəsici bıçaqları sayəsində 35 mm-ə qədər budaqları sürətli və səliqəli şəkildə kəsir. Simsiz quruluşu hərəkət azadlığı yaradır, erqonomik tutacağı isə uzunmüddətli istifadə zamanı rahatlıq təmin edir. Bağ, həyət, meyvə bağı və peşəkar budama işləri üçün əlverişlidir. Əsas xüsusiyyətləri: Model: TEH TPS734-1B Gərginlik: 20V Maksimum kəsmə diametri: 35 mm Mühərrik: Fırçasız — Brushless Akkumulyator tipi: Li-ion Güclü və təmiz kəsim Simsiz və rahat istifadə Erqonomik, sürüşməyən tutacaq Komplektə daxildir: Akkumulyatorlu bağ qayçısı Akkumulyatorlar Doldurucu cihaz Yağ qabı və əlavə aksesuarlar Möhkəm daşıma çantası