İş haqqında məlumat:
Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək; Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə etmək; Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək; Zədələnmiş və servisə göndərilməli malların vaxtında və düzgün qablaşdırmada göndərilməsini təşkil etmək;Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək;Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək;Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək; Fors-major hallarda operativ tədbirlər görmək və mağaza rəhbərliyini məlumatlandırmaq; Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.İş şərtləri:Əmək haqqı: Müsahibə əsasənda təyin olunurİş rejimi: 6 günlük iş rejimiAR Əmək məcəlləsinə uyğun rəsmiləşdirməİş yeri: Binəqədi rayonu
Tələblər:
Cinsi: KişiYaş: 25 – 45 yaşTəhsil: Ali təhsil (İqtisadiyyat, logistika və ya idarəetmə sahəsində üstünlükdür)İş təcrübəsi: Müvafiq sahə üzrə rəhbər vəzifədə ən azı 3 il (Pərakəndə satış sahəsi üzrə iş təcrübəsi üstünlükdür) Dil bilikləri: Azərbaycan dili səlisKompüter bilikləri: MS Word, MS Excel və Logo Tiger proqramlarında sərbəst işləmək bacarığıAnbar idarəetməsi və daxili prosedurlar üzrə təcrübəDəqiq, məsuliyyətli və nizam-intizamlı olmaqLiderlik bacarığı, heyət idarəetməsi və motivasiyaEffektiv qərarvermə və problemhəll etmə bacarığı İşgüzar və hədəf yönümlü, probleml
əri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş Anbardar” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 28/09/2026