İş yeri: Sumqayıt şəhəri
Struktur bölmə: Maliyyə Departamenti / Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri
Alış və satış qaimələrinin (xammal, ehtiyat hissələri, hazır məhsul) mühasibat uçotu sistemində düzgünlüyünün yoxlanılması və uçota alınması;
İstehsal, inzibati və kommersiya xərclərinin məsrəf yerləri üzrə düzgün təsnifatı və uçotunun aparılması;
Debitor və kreditor borclar üzrə üzləşmələrin hazırlanması, yoxlanılması və fərqlərin aradan qaldırılması;
Ay bağlanışına hazırlıq, müxbir hesabların bağlanması, aylıq dövriyyə-balans cədvəllərinin və balansın tərtib edilməsi;
Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.), statistika və digər rəsmi hesabatların qanunvericiliyə uyğun hazırlanması və təqdim edilməsi;
Anbar qalığı, istehsal həcmləri və məhsulun maya dəyəri üzrə hesabatların hazırlanmasında iştirak;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
İstehsal təcrübəsi mütləqdir;
İstehsal müəssisələrində (üstünlük metaləritmə və ya ağır sənaye sahəsində) minimum 2 il iş təcrübəsi;
AR Vergi Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər normativ-hüquqi aktlar üzrə bilik;
1C, Logo və ya analoji mühasibat proqramlarında işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;
PMS (Peşəkar Mühasib Sertifikatı) – mütləqdir;
Analitik düşünmə, məsuliyyətlilik və işgüzar etika;
Məxfi məlumatlarla işləmək və kommersiya sirrini qorumaq bacarığı.
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
5 günlük iş qrafiki;
Rəqabətədavamlı əməkhaqqı;
Peşəkar inkişaf və təlim imkanları.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026