Aqroman MMC şirkətinə peşəkar, məsuliyyətli və işinə ciddi yanaşan Baş mühasib axtarılır.
Əsas vəzifələr:
Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və idarə edilməsi;
Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
Vergi, statistika və digər hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanmasına nəzarət;
ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəliklərinin hesablanması;
Bank və kassa əməliyyatlarının, debitor və kreditor borclarının uçotu;
E-qaimələrin və digər ilkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət;
Anbar, mal-material və əsas vəsaitlərin uçotunun aparılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
Mühasibatlıq işinin koordinasiyası və maliyyə intizamına nəzarət;
Vergi və digər yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması.
Namizədə tələblər:
Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
1C və MS Excel proqramlarında işləmək bacarığı;
E-taxes, e-qaimə və digər elektron sistemlərdən istifadə bacarığı;
Bank, kassa, əməkhaqqı, debitor-kreditor və anbar uçotu üzrə biliklər;
Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyətlilik;
Komandada işləmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 14.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/aqroman-bas-muhasib-151160