Kerastase Resistance Therapiste Bain — yuyulma zamanı hər bir saçı əhatə edən və onun səthini möhürləyən jel konsistensiyalı şampun-balzam, zədələnməni azaldır. Saçlar yuyulduqdan dərhal sonra hamar və parlaq olur, hər yuyulmadan sonra daha sağlam görünüş əldə edir. Şampun çox zədələnmiş və qurumuş saçlar üçün xüsusi olaraq hazırlanmış Kerastase Resistance Therapiste innovativ kompleksinin tərkibinə daxildir. Müalicə kompleksi unikal KAPs proteinləri, amin turşuları, buğda proteinləri və Myrothamnus Flabellifolia (dirçəliş eliksiri) bitkisinin ekstraktı sayəsində saç strukturunun tam və sürətli bərpasına kömək edir. Kompleks həm ev şəraitində baxım, həm də profesional salon ritualı üçün istifadə oluna bilər.