3 bar iş təzyiqi yaradan SOLO 462 təzyiqli çiləyici, bağ və evə aid işlər üçün mükəmməl uyğundur. İş fasilələri 7 l tutumu olan çən sayəsində minimuma endirilmişdir. Böyük iş həcmi olan (270 sm³) asan işləyən nasos, tələb olunan çiləmə təzyiqini yaradır. Geniş dolum huni, çiləmə ştangası üçün montaj, doldurma və təmizləmə üçün böyük açılış, həmçinin standart komplektasiyada iki müxtəlif fısqırıq (yastı axımlı və daxili konuslu) dəsti - yeni dizayn edilmiş qapaqda saxlanır - bunlar bu təzyiqli çiləyicilərin tam olmayan üstünlüklər siyahısındadır. Polietilen çən UV-şüalara dözümlüdür, onun şəffaflığı maye səviyyəsini izləməyə imkan verir, çən divarına çəkilmiş şkala ilə səviyyəni oxumaq mümkündür.