BMW 5 və 6-cı seriya modelləri üçün yeni soyutma mayesi çəni (antifriz qabı / baçoku)
Hansı modellərə tam uyğundur?
BMW 5 Seriyası (E60 / E61): 2004–2010-cu illər arası bütün modellər (525i, 528i, 530i, 535i, 545i, 550i və xDrive variantları)
BMW 6 Seriyası (E63 / E64): 2004–2010-cu illər arası modellər (645Ci, 650i)
Nə işə yarayır və faydaları nədir?
Mühərrikin pereqrev olmasının qarşısını alır: Soyutma sistemində təzyiqi tam qaydasında saxlayır, antifrizin qaynamasını və mühərrikin qızmasını önləyir.
Antifriz sızmasını dərhal kəsir: E60 gövdələrin ən çox rast gəlinən problemi antifriz baçokunun plastik hissədən və ya tikiş yerlərindən çatlamasıdır. Bu yeni çəni quraşdırmaqla maye itkisinə və "antifriz azdır" xəbərdarlığına birdəfəlik son qoyursunuz.
Səviyyə sensoru daxilindədir: Üzərində hazır səviyyə sensoru (datçiki) ilə gəlir, sistemdə maye azalan kimi panelə məlumat ötürür
Məhsul yenidir, istifadə olunmayıb, qutusundadır və tam qüsursuz vəziyyətdədir.