Canon LS-123K – gündəlik ofis və ev istifadəsi üçün həm funksional, həm də estetik baxımdan mükəmməl kalkulyatordur. Narıncı rəngli şık metal örtüklü gövdəsi ilə masaüstünüzə rəng qatır və iş mühitinizi canlandırır. 12 rəqəmli geniş ekranı sayəsində hesablama zamanı rəqəmləri rahat görmək mümkündür. Əsas funksiyalara əlavə olaraq vergi hesablaması , faiz və məbləğ yuvarlaqlaşdırma funksiyaları ilə işinizi daha da asanlaşdırır. Həm günəş enerjisi , həm də batareya ilə işləmə imkanı cihazın davamlı işləməsini təmin edir. Canon LS-123K modeli həm praktikliyi, həm də parlaq və müasir görünüşü ilə seçilir – istər ofisdə, istər evdə, istərsə də tələbələr üçün əla seçimdir.