Vintage Volkstedt Pastorale Echt Kobalt çay-qəhvə servisi — 23 ədəd
Satılır Volkstedt Pastorale Echt Kobalt markalı, Almaniya Demokratik Respublikasında (GDR/DDR) istehsal olunmuş gözəl vintage farfor çay-qəhvə servisi.
Tünd kobalt rəngi, zərif çiçək təsvirləri və qızılı işləmələri olan çox gözəl və dekorativ dəstdir. Əşyaların üzərində orijinal Volkstedt / Pastorale / Echt Kobalt / Made in GDR damğası görünür.
Komplekt: 23 ədəd
• 6 fincan
• 6 nəlbəki
• 6 böyük desert boşqabı
• 1 böyük servis qabı
• 1 qəhvədan
• 1 çaydan
• 1 süd qabı
• 1 şəkər qabı
• 1 yağ qabı
6 nəfərlik komplektdir.
Kolleksiya üçün və xüsusi süfrə servisi üçün çox uyğundur.
Vəziyyəti: çox yaxşı.
💰 Qiymət: 1 100 AZN, razılaşma mümkündür.