Chevrolet Cruze 2014-cü il, Amerika versiyası
Maşın 2014-cü ilin son buraxılışıdır. Amerikadan gətirilib və artıq 5 ildir məndədir. Maşının vuruğu olub, hazırda bəzi kosmetik işlərə ehtiyacı var.
Bütün dəyişdirilməli detallar dəyişdirilib, maşına vaxtında və keyfiyyətli qulluq olunub. Təzə təkərlər qoyulub, yağlar və digər texniki qulluq işləri yenilənib. Texniki cəhətdən maşın çox yaxşı vəziyyətdədir.
Çox dözümlü və ekonom maşındır. Yanacağa qənaətcildir, idarə olunması və manevr etməsi çox rahatdır. Həm şəhər daxilində, həm də uzun yolda rahat avtomobildir.
5 ildir şəxsi istifadəmizdə olub, maşına daim özümüz qulluq etmişik. Maraqlanan şəxslər gəlib maşına baxa və istənilən ustaya yoxlatdıra bilərlər.