Maşın 6 ildir ki şəxsi istifadədədir, vaxtı-vaxtında bütün qulluqları olunub çox yaxşı və səliqəli vəziyyətdədir. Yalnız 95 oktan yanacaq istifadə olunub. Yaranan bütün problemlər vaxtında və original ehtiyat hissələri ilə həll olunub. Salon səliqəlidir, cırıq yoxdur. Motor sakit işləyir, yağ azaltma, tüstüləmə qətiyyən yoxdur.
Maşın hazırda ciddi xərc tələb etmir. İstənilən servisdə yoxlatdırmaq olar.
Yeni maşın alındığı üçün satılır. Ciddi alıcılar WhatsApp vasitəsilə əlaqə saxlaya bilər.