Müasir idman dizaynı və möhkəm çərçivəsi ilə fərqlənən STRIM XT2600 dağ velosipedi həm şəhər içi gündəlik gəzintilər, həm də nahamar off-road yolları üçün mükəmməl seçimdir. Rahat ön amortizasiya sistemi və etibarlı disk əyləcləri sayəsində hər cür yol şəraitində rahat və təhlükəsiz sürüş təmin edir. Diqqətçəkən Dizayn: Xüsusi rəngli millər (spitslər), geniş disklər və estetik rəng kombinasiyası ilə idman stilini vurğulayır. Güclü Əyləc Sistemi: Ön və arxa mexaniki disk əyləcləri istənilən hava şəraitində ani və etibarlı tormozlama təmin edir. Rəvan Sürüş: Ön amortizasiya çəngəli yoldakı kələ-kötürlüyü və zərbələri minimuma endirir. Tam Komplektasiya: Əlavə xərc çəkmədən istifadəyə hazır kompletasiya (su qabı, çamurluqlar və s.).