Bu 16 kanallı IP NVR qeydiyyat cihazı yüksək performans, AI analitika və stabil təhlükəsizlik idarəetməsi təqdim edən peşəkar nəzarət həllidir. Industrial-grade prosessor və Embedded Linux əməliyyat sistemi ilə təchiz olunan cihaz uzunmüddətli və fasiləsiz işləmə üçün optimallaşdırılıb. Web və Local GUI interfeysi vasitəsilə rahat idarəetmə və monitorinq imkanı yaradır. Qurğu AI əsaslı SMD Plus və Perimeter Protection funksiyalarını dəstəkləyir. İnsan və nəqliyyat vasitələrinin dəqiq aşkarlanması sayəsində yarpaq hərəkəti, yağış və işıq dəyişiklikləri kimi yalnış siqnallar minimuma endirilir. Kamera üzərindən və qeydiyyat cihazı üzərindən çalışan AI texnologiyası təhlükəsizlik səviyyəsini artıraraq daha ağıllı müşahidə sistemi yaradır. NVR cihazı 12MP-ə qədər yüksək keyfiyyətli görüntü dəstəyi təqdim edir və Smart H.265+ sıxılma texnologiyası vasitəsilə yaddaş istifadəsini optimallaşdırır. HDMI çıxışı üzərindən 4K (3840×2160) görüntü əldə etmək mümkündür. 1/4/8/9/16 bölünmüş ekran rejimi çoxsaylı kameraların eyni anda izlənməsini rahatlaşdırır. ONVIF 23.12 uyğunluğu sayəsində müxtəlif IP kameralarla inteqrasiya edilə bilir. iOS və Android dəstəyi vasitəsilə uzaqdan izləmə və idarəetmə mümkündür. Qurğu 20 TB-a qədər SATA HDD dəstəyi, USB vasitəsilə backup funksiyası, ağıllı playback rejimləri və geniş şəbəkə protokolları ilə həm ev, həm ofis, həm də iri biznes obyektləri üçün ideal təhlükəsizlik həlli hesab olunur.