Royalé Casino komandamıza yeni əməkdaşlar axtarırıq!
Vakansiya: Dealer (Krupye)
Royalé Casino-da qonaqlarımıza yüksək səviyyəli xidmət göstərmək, oyun proseslərinin peşəkar, dəqiq və ədalətli şəkildə idarə olunmasını təmin etmək üçün məsuliyyətli və motivasiyalı Dealer (Krupye) xanım namizədləri komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin siyasətlərinə, daxili prosedurlarına və kazino qaydalarına uyğun olaraq masa oyunlarını idarə etmək;
Oyunların ədalətli, dəqiq və peşəkar şəkildə keçirilməsini təmin etmək;
Qonaqlara yüksək səviyyəli xidmət göstərmək və xoş oyun atmosferi yaratmaq;
Zəruri hallarda oyun qaydalarını və prosedurlarını oyunçulara izah etmək;
Oyun çipləri, kartlar, avadanlıqlar və ödənişlərin düzgün idarə olunmasını təmin etmək;
Oyun prosesinə nəzarət etmək və hər hansı uyğunsuzluq, mübahisə və ya şübhəli halları rəhbərliyə bildirmək;
Təhlükəsizlik prosedurlarına, məsuliyyətli oyun standartlarına və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) tələblərinə riayət etmək;
Tələb olunan təlimlərdə iştirak etmək və peşəkar bacarıqları inkişaf etdirmək.
Namizədə tələblər:
Bu vəzifə üçün əvvəlcədən iş təcrübəsi və ali təhsil tələb olunmur.
20-30 yaş arası xanım namizədlər;
Azərbaycan dilində sərbəst, əlavə olaraq İngilis və ya Rus dillərindən birini mükəmməl səviyyədə bilmək;
Öyrənməyə həvəsli, diqqətli və məsuliyyətli olmaq;
Növbəli iş qrafiki ilə çalışmağa hazır olmaq (gecə növbələri daxil);
Komandada işləmək bacarığı və yüksək qonaq məmnuniyyəti yönümlülük.
Təlim proqramı:
Seçilmiş namizədlər işə başlamazdan əvvəl şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramında iştirak edəcəklər.
Təlim müddəti ərzində namizədlərlə təlim müqaviləsi bağlanılır;
Təlim dövründə iştirakçılara şirkət tərəfindən aylıq 850 AZN (net) ödəniş həyata keçirilir;
Təlim proqramını uğurla başa vuran namizədlər aylıq 2 000 AZN (net) əmək haqqı + bonuslar ilə rəsmi əmək müqaviləsi əsasında iş fəaliyyətinə başlayacaqlar.
Əlavə məlumat:
İş yeri: Nardaran qəsəbəsi
İş qrafiki: 6 günlük
Yemək və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Niyə Royalé Casino?
Yüksək və rəqabətli əmək haqqı;
Rəsmi əmək müqaviləsi və sosial təminatlar;
Korporativ təlim və peşəkar inkişaf proqramları;
Karyera yüksəlişi imkanları;
Müasir və beynəlxalq standartlara uyğun iş mühiti;
Peşəkar komanda ilə çalışma imkanı.
Royalé Casino-da işləmək sadəcə bir iş deyil — bu, qlobal kazino və qonaqpərvərlik sənayesində peşəkar karyera qurmaq üçün unikal fürsətdir.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Dealer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/royale-sea-breeze-mmc-dealer-krupye-150514