Logitech Z-2300 (Yalnız ehtiyat hissələri və ya bərpa üçün)
Əfsanəvi sistemi ancaq ehtiyat hissəsi kimi satıram. İndi bu gücdə və keyfiyyətdə sabvuferlər ümumiyyətlə istehsal olunmur.
Balaca kalonkalar (satellitlər) ölüdür, dinamikləri işləmir.
Sabvufer işə düşür, amma səs vermir — ancaq fısıldayır/fon verir.
Əsas müsbət cəhəti: sabvuferin içindəki nəhəng 8 düymlük bas dinamiki və ağır korpusu tam sağlamdır və işləyir.
Elektronikadan başı çıxanlar, lehimləməyi bacaranlar və ya öz proyektləri üçün güclü dinamik axtaranlar üçün əla donordur. Özüm səbəbini axtarmaqla və təmir etməklə məşğul olmaq istəmirəm.