Bir çox sahiblər hesab edirlər ki, dirnaq ovucu yalnız bir məqsəd üçün lazımdır - dirnaqları itiləmək üçün (bu əşyanın adından da görünür). Lakin pişik dirnaq ovucunu yalnız bu məqsədlə istifadə etmir. Bəs, dirnaq ovucu pişiyə nə üçün lazımdır? Şübhəsiz ki, dirnaqları itiləmək üçün. Həmçinin, dirnaq ovucu yatışdan sonra gerinmək üçün bir vasitədir. Pişik stress keçirdiyində gərginliyi aradan qaldırmaq imkanıdır. İşarə qoymaq imkanı (həm vizual olaraq - cızıq izləri, həm də qoxu vasitəsi ilə, çünki pişiyin pəncə yastıqlarının yanında qoxu vəziləri yerləşir). Bu çox önəmlidir, çünki pişik ərazisini qoruyan heyvandır və öz ərazisini işarələməlidir.