İmperia Park komandasını genişləndirir!
Şirkətimizə məsuliyyətli, ünsiyyətcil və aktiv Fərdi Sürücülər üzrə Dispetçer əməkdaşı tələb olunur.
Yalnız xanım namizədlər!!
Vəzifə öhdəlikləri:
- TikTok və digər sosial platformalarda canlı yayımlar açaraq fərdi sürücülərin şirkətə cəlb edilməsi;
- Fərdi sürücülərlə müntəzəm əlaqənin saxlanılması;
- Yeni sürücülərin qeydiyyat və aktivləşmə prosesinin həyata keçirilməsi;
- Sürücülərin müraciət və problemlərinin operativ şəkildə həll edilməsi;
- Sürücülərə şirkətin kampaniya və imkanları barədə məlumatların verilməsi;
- Sürücülərin suallarının cavablandırılması və lazımi istiqamətləndirmənin verilməsi;
Tələblər:
- Yaş: 21–35
- Cins: Qadın
- Təhsil: Orta
- İş təcrübəsi: Müvafiq sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir
- TikTok və sosial şəbəkələrdən aktiv istifadə;
- Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
- Sürücülərlə düzgün və effektiv kommunikasiya qurmaq bacarığı;
- Məsuliyyətli, nizam-intizamlı və təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı.
Sürücülərlə işləməyi, ünsiyyət qurmağı və aktiv şəkildə yeni sürücülər cəlb etməyi bacarırsınızsa, sizi komandamızda görməkdən məmnun olarıq!
Tələblərə uyğun namizədlər müraciət edə bilərlər.