DJI Ronin RS 3 – Orijinal Vertical Rig ilə | Tam saz vəziyyətdə

470 ₼
DJI Ronin RS 3 – Orijinal Vertical Rig ilə | Tam saz vəziyyətdə
SatılırİşlənmişBu gün yayımlandı
Təsvir
DJI Ronin RS 3 – Orijinal Vertical Rig ilə | Tam saz vəziyyətdə
İkinci əl DJI Ronin RS 3 satılır. Gimbal tam işlək və saz vəziyyətdədir, bütün motorları problemsiz işləyir.
Üzərində həm orijinal DJI Vertical Camera Mount (Vertical Rig), həm də gimbalın öz standart Horizontal Rig-i verilir. Yəni rig-i dəyişərək həm horizontal (16:9), həm də vertikal (9:16) çəkilişlər üçün rahat istifadə etmək mümkündür.
Üzərində olan Vertical Rig adi L-Bracket deyil — DJI tərəfindən xüsusi olaraq RS seriyası üçün hazırlanmış orijinal vertikal montaj aksesuarıdır. RS 3 ilə tam uyğundur və kameranı balansı düzgün qoruyaraq rahat şəkildə vertikal vəziyyətə keçirməyə imkan verir.
Vertical Rig-in üstünlüyü:
* Kameranı rahat şəkildə 9:16 vertikal formata keçirmək olur.
* Adi L-Bracket-dən fərqli olaraq kamera daha düzgün və stabil balanslanır.
* Xüsusilə ağır kamera + obyektiv kombinasiyalarında motorlara düşən əlavə yükün qarşısını almağa kömək edir.
* DJI-nin öz orijinal aksesuarıdır.
* Yeni qiyməti təxminən 78 AZN civarındadır.
* Çəkisi cəmi 128 qramdır.
DJI Ronin RS 3 əsas xüsusiyyətləri:
* Test edilmiş maksimal yük: 3 kq
* 3 oxlu mexaniki stabilizasiya
* Pan oxu: 360° davamlı fırlanma
* Roll: -95° – +240°
* Tilt: -112° – +214°
* Batareya: 3000 mAh / 21 Wh
* İşləmə müddəti: 12 saata qədər
* Bluetooth 5.0
* Kameranın idarəsi üçün USB-C/RSS bağlantıları
* Təxminən 1.5 kq ümumi çəkidə gimbal sistemi
Vəziyyəti: Tam saz vəziyyətdədir. Bütün motorlar normal işləyir, istifadə zamanı heç bir problem yoxdur.
Satılma səbəbi: Daha yeni gimbal aldığım üçün artıq istifadə etmirəm.
Peşəkar çəkiliş, toy/event, reklam, sosial media və xüsusilə 9:16 vertikal kontent çəkənlər üçün çox yaxşı seçimdir.
Komplekt: DJI Ronin RS 3 + orijinal DJI Vertical Camera Mount + orijinal Horizontal Rig + mövcud komplekt aksesuarları.

