Çay tikanı yağı Avstraliyanın Kvinslend və Yeni Cənubi Uels bölgələrində yaşayan kiçik bir ağac olan Melaleuca alternifolia yarpaqlarından əldə edilir. Çaytikanı yağı əsrlər boyu Avstraliyanın aborigenləri tərəfindən ənənəvi tibb kimi istifadə edilmişdir. Bu yerli avstraliyalılar yağı çıxarmaq üçün çaytikanı yarpaqlarını əzirlər, sonra öskürək və soyuqdəymələri müalicə etmək üçün onu birbaşa dəriyə tətbiq edirlər. Bu gün çaytikanı yağı 100% seyrəldilməmiş və ya təmiz yağ kimi geniş yayılmışdır. Dəri üçün nəzərdə tutulmuş məhsullarda 5-50% aasında çaytikani yagi mövcuddur. Çaytikanı yağı, müəyyən bakteriya, virus və göbələkləri öldürdüyü sübut edilmiş bir sıra birləşmələri ehtiva edir. Çaytikanı yağı həmçinin mikroblara və digər zərərvericilərə qarşı mübarizədə kömək edən ağ qan hüceyrələrinin fəaliyyətini artırır. Bu mikroblarla mübarizə xüsusiyyətləri çaytikanı yağını bakterial və göbələk dəri xəstəliklərini müalicə etmək, infeksiyanın qarşısını almaq və sağalmanı təmin etmək üçün qiymətli təbii vasitə halına gətirir.