2 litr həcmli əl çiləyicisi otaq və bağ bitkilərinin suvarılması və çilənməsi üçün nəzərdə tutulub. Pompalı mexanizm qabın daxilində təzyiq yaradır və mayenin bərabər şəkildə püskürdülməsini təmin edir. Tənzimlənən başlıq su axınını güclü şırnaqdan incə püskürtməyədək dəyişməyə imkan verir. Ölçü şkalası qabdakı mayenin miqdarını izləməyi asanlaşdırır.