Dartı yarımstansiyadan qidalanan bütün istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatına nəzarət etmək;Növbətçiliyi elektrikləşdirilmiş dəmir yollarının dartı yarımstansiyalarının təlimatına əsasən aparmaq;Təmir personalı üçün iş yerini hazırlamaq və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;Müəyyən edilmiş formalar üzrə operativ uçot və hesabat aparmaq;Enerji dispetçeri ilə daima əlaqə saxlamaq;Dartı yarımstansiyalarda avadanlıqların normal iş rejimindən kənarlaşmaları barədə enerji dispetçerinə məlumat vermək;Sxemdəki bütün dəyişikliklərlə bağlı çevirmələri enerji dispetçerinin əmri ilə operativ jurnalda qeyd etməklə aparmaq;Növbə zamanı bir dəfədən az olmayaraq dartı yarımstansiyanın bütün avadanlıqlarının xarici yoxlanışını həyata keçirmək;Hər bir hadisə zamanı dərhal enerji dispetçerinə məlumat vermək;Xüsusi sərfiyyat transformatorundan istifadə olunan elektrik enerjisinə israfçılıq etməmək;Mütəmadi olaraq enerji dispetçeri ilə əlaqə saxlayıb yarımstansiyanın ərazisinə baxış keçirmək;Qısa qapanmadan açılan açarları enerji dispetçerinin əmri olmadan qoşmamaq.
Tələblər:
Müvafiq sahə üzrə orta ixtisas təhsili;Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Dartı yarımstansiyada avadanlıqların quruluşunu və bir xətli sxeminə, avtomatikanın sxeminə dair biliklər;Diqqətlilik, yüksək kommunikasiya, məlumatların idarə edilməsi bacarıqları.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-elektrik-mexaniki-25366675/apply