Elektrikli moped Disiyuan U2PRO, 2024 il

2 150 ₼
Elektrikli moped Disiyuan U2PRO, 2024 il
SatılırİşlənmişBu gün yayımlandı
ŞəhərBakı
Tarix
Nömrə№1074341
Təsvir
Tamamilə yeni vəziyyətdə Disiyuan U2 Pro elektroskuter satılır! Cəmi 3 ay əvvəl alınıb və çox səliqəli idarə olunub.
Skuterlə yalnız Sea Breeze ərazisində nadir hallarda gəzinti edilib, buna görə də ümumi yürüşü (probeq) maksimum 125 km-dir. Heç bir cızığı, problemi və ya nasazlığı yoxdur — mağazadan alınan kimidir.
Üstünlükləri və göstəriciləri:
• Sürət: spidometrdə 60–70 km/s göstərir, çox dinamik və sürətli gedir.
• Motor gücü: 1500 Vt — yoxuşları rahat çıxır, əla dartma qabiliyyətinə malikdir.
• Yürüş məsafəsi: bir şarjla 50–60 km-ə qədər yol qətt edir (kurort zonası və şəhər üçün idealdır).
• Dözümlülük: 300 kq-a qədər maksimal yük götürmə qabiliyyəti olan gücləndirilmiş rama.
• Qənaət: benzin və yağ xərclərini unudun, adi ev rozetkasından şarj olunur.
Tam zavod komplektasiyası (şarj cihazı, açarlar) mövcuddur. Çimərliyə getmək və tıxacsız, səssiz istirahət etmək üçün mükəmməl və dəbli nəqliyyat vasitəsidir. Skuter yeni mövsümə və yeni sahibinə tam hazırdır!
Qiymət və baxış üçün mesaj bölməsinə yaza və ya zəng edə bilərsiniz. Real alıcıya yerində cüzi endirim (şirinlik) olunacaq.

