İş barədə məlumat:
Mövcud ERP sistemi ilə inteqrasiya olunmuş mobil tətbiqlərin (iOS və Android) sıfırdan hazırlanması və təkmilləşdirilməsi
ERP modullarının (anbar, satış, təchizat, maliyyə, HR) mobil versiyalarının arxitekturasının qurulması
RESTful API / GraphQL vasitəsilə server və məlumat bazası ilə təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi
İnternet bağlantısı kəsildikdə tətbiqin offline rejimdə işləməsi və bağlantı bərpa olunduqda məlumatların avtomatik sinxronizasiyasının qurulması
Barkod/QR-kod skanerləri, Bluetooth printerlər və mobil POS terminalları kimi xarici cihazların tətbiqə inteqrasiyası
Kodun optimallaşdırılması, texniki xətaların (bug) aradan qaldırılması və tətbiqin yüksək performansının təmin edilməsi
Hazırlanmış tətbiqlərin App Store və Google Play Store platformalarında yerləşdirilməsi və yenilənmə prosesinin idarə olunması
Biznes analitiklər və UI/UX dizaynerlər ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər:
Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
Mobil tətbiqlərin hazırlanması üzrə minimum 2-3 il peşəkar iş təcrübəsi
Flutter (Dart) və ya React Native platformalarından ən azı birində dərindən biliklər (Cross-platform arxitekturasına bələd olmaq)
ERP, CRM, POS və ya böyük həcmli biznes tətbiqlərinin hazırlanmasında təcrübə
State Management (Bloc, Provider, Redux və s.) alətləri ilə sərbəst işləmək bacarığı
Lokal verilənlər bazaları (SQLite, Room, Realm, Hive və s.) və Offline-first prinsipləri üzrə təcrübə
RESTful API, JSON, WebSocket və şəbəkə təhlükəsizliyi (JWT, OAuth) üzrə praktiki biliklər
Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı
Clean Architecture, SOLID prinsipləri və təmiz kod yazma standartlarına bələdlik
Komandada işləmək, analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 14.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/global-management-erp-mobil-tetbiq-uzre-proqramci-151126