Fəhlə tələb olunur

600 ₼
Fəhlə tələb olunur
SatılırİşlənmişBu gün yayımlandı
ŞəhərBakı
Tarix
Nömrə№1109003
Təsvir
“ATA PACK” MMC İstehsalat Operatoru Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri
• Operatorun gündəlik iş prosesində ona dəstək göstərmək;
• Böyük istehsal avadanlıqlarının işə hazırlanması, işə salınması və dayandırılması prosesində operatora kömək etmək;
• Avadanlıqlarda yaranan kiçik texniki nasazlıqları vaxtında operatora və rəhbərliyə bildirmək;
• İstehsalat üçün tələb olunan material və ehtiyat hissələrinin anbardan gətirilməsində iştirak etmək;
• İş yerində təmizlik, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək;
• Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər
• Orta və ya orta ixtisas təhsili;
• İş təcrübəsi tələb olunmur, iş prosesi şirkət tərəfindən öyrədilir;
• Fiziki cəhətdən sağlam olmaq;
• Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
• Böyük istehsal avadanlıqları ilə işləməyə maraqlı olmaq.
İş şəraiti
• Başlanğıc əməkhaqqı: 600 AZN
• Rəsmi əmək müqaviləsi;
• Nahar, iş forması və servis şirkət tərəfindən təmin edilir;
• İş qrafiki: Növbəli
• İstirahət günləri: Şənbə və Bazar;
• İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
• Bəy namizədlərə üstünlük verilir
Qeyd: İş istehsalat sahəsində və böyük avadanlıqlarla əlaqəli olduğundan fiziki cəhətdən sağlam namizədlərə üstünlük verilir.
Müraciət qaydasıMaraqlanan namizədlər CV-lərini nömrəsinə (WhatsApp) və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

