Makiyajın bütün mərhələləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı, ikitərəfli dizayna malik premium fırça dəstidir. Setə 4 ədəd iki tərəfli fırça daxildir və ümumilikdə 8 fərqli tətbiq başlığı təqdim edir. Böyük, sıx və yumşaq tüklü başlıqlar tonal və pudra üçün idealdır, əyri və kiçik ölçülü başlıqlar isə kontur, ənlik və detallı işləmə üçün uyğundur. Sintetik, yüksək sıxlıqlı tüklər məhsulu bərabər paylayır və həm maye, krem, həm də toz teksturalarla istifadə oluna bilər.