Salam, dostlar!
Maşın 2018-ci ilin 11-ci ayında istehsal olunub. Qəzasız gəlib, yürüşü 198 min km-dir (orijinal). Qapalı auksiondan alınıb — VIN axtarışda çıxmayacaq. Carfax hesabatını və şəkilləri göndərə bilərəm.
Komplektasiya: 1.5 motor üçün ən full versiyadır — dəri salon, oturacaqların isidilməsi, CarPlay, kor zolaq görmə sistemi, adaptiv faralar və s.
Texniki vəziyyət: Motor yağı, karobka yağı və GRM kəməri (iç remen) dəyişilib. AI-95 benzinlə sürülür. Motoru və xodovoyu əladır. Maşında heç bir problem yoxdur — istədiyiniz yerdə yoxlatdıra bilərsiniz. Hər hansı problem çıxsa, puldan çıxacağam.
Əlavə dəyişilənlər: GRM kəməri, dinamo kəməri, sağ-sol razvalnı, sağ-sol almacıq, sağ-sol sırğa, karobkanın üst paduşkası. Ümumiyyətlə, lazım olan hər şey dəyişilib — otur-sür maşındır. Nə yağ axıdan yeri var, nə də hava buraxan yeri.
Maraqlananlar qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər.
⚠️ Qiymət öldürmək üçün zəng etməyin.
🔄 2.0 motor Ford və ya Chevrolet ilə barter mümkündür.