İş yeri: Xankəndi şəhəri
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
Vəzifə öhdəlikləri:
• Layihə rəhbəri və Sahə rəisinin verdiyi tapşırıqları icra etmək;
• Verilən tapşırıqları işçi briqadalarına çatdırmaq və işlərin icrasını təşkil etmək;
• Tikinti işlərinin layihə və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək;
• İşçilər arasında iş bölgüsü aparmaq və gündəlik iş prosesini təşkil etmək;
• İşlərin müəyyən edilmiş qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
• Görülən işlərin keyfiyyətinə nəzarət etmək;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏMM tələblərinə əməl olunmasını təmin etmək;
• Material və avadanlıqlardan düzgün istifadəyə nəzarət etmək;
• İş prosesində yaranan problemlər barədə Sahə rəisi və Layihə rəhbərinə məlumat vermək;
• Gündəlik görülən işlər barədə hesabat təqdim etmək.
Namizədə tələblər:
• Tikinti sahəsində Formen və ya briqadir vəzifəsində 3-5 il iş təcrübəsi;
• Tikinti işlərinin təşkili və işçi briqadalarının idarə edilməsi bacarığı;
• Layihə və texniki sənədlərlə işləmək bacarığı;
• İş intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət;
• Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “ Formen” qeyd edərək [email protected] email ünvanına və ya qeyd olunan nömrənin whatsaapina göndərə bilərlər