Freelance mühasib kimi xidmətlər təqdim edirəm

300 ₼
Freelance mühasib kimi xidmətlər təqdim edirəm
SatılırİşlənmişBu gün yayımlandı
Təsvir
Hazırda freelance mühasib kimi mühasibat uçotu və vergi sahəsində aşağıdakı xidmətləri peşəkar şəkildə təqdim edirəm:
• Əmək haqqının hesablanması və əmək haqqı üzrə bütün zəruri əməliyyatların həyata keçirilməsi;
• ƏDV, ÖMV, sadələşdirilmiş vergi və digər vergi bəyannamələrinin hazırlanması və bəyannamələrin müəyyən edilmiş qaydada vergi orqanına təqdim edilməsi.
• Bank hesabları və ƏDV depozit hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
• Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat uçotu sənədlərinin hazırlanması və yoxlanılması;
• Yerli və xarici bank ödənişlərinin hazırlanması və icra edilməsi;
• Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması;
• Mal-materialların uçotunun aparılması və onların hərəkətinə nəzarət edilməsi;
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablamalarının həyata keçirilməsi;
• Maliyyə sənədlərinin hazırlanması və gündəlik mühasibat əməliyyatlarının aparılması;
• Vergi orqanlarından daxil olan məktublara nəzarət edilməsi və rəsmi yazışmaların aparılması;
• Kassa əməliyyatlarının mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsi;
• Gündəlik bank qalıqlarının və dövriyyə hesabatlarının hazırlanması.
Əməkdaşlıq üçün mənimlə əlaqə saxlaya bilərsiniz.

