Prayk
Full-Stack Developer tələb olunur — Vakansiyalar, Bakı
850 ₼

Full-Stack Developer tələb olunur

SatılırYoxlanılıbİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
Vakansiyalar
Tarix
Nömrə
№1467662

Təsvir

Full-Stack Developer / AI Developer tələb olunur Mövcud və yeni web layihələrimizin inkişafı üçün bacarıqlı, analitik düşüncəli və müasir texnologiyaları bilən Full-Stack Developer axtarırıq. Bizə sadəcə verilən tapşırığı icra edən proqramist deyil, layihəni anlayan, analiz edən, problemləri özü görən və daha yaxşı həll təklif edə bilən əməkdaş lazımdır. Görüləcək işlər - Mövcud layihələrin kod bazasını yoxlamaq və inkişaf etdirmək - Front-end və back-end hissələrində işləmək - Yeni sayt və web sistemlər hazırlamaq - Mövcud dizaynı analiz edib lazım olduqda dəyişmək və təkmilləşdirmək - UI/UX baxımından daha rahat və müasir həllər təklif etmək - Mobil və desktop görünüşləri optimallaşdırmaq - Yeni funksiyalar hazırlamaq - API və müxtəlif servisləri sistemə inteqrasiya etmək - Database ilə işləmək - Bug və texniki problemləri tapıb həll etmək - Saytların sürətini, təhlükəsizliyini və strukturunu optimallaşdırmaq - Layihələri serverə yerləşdirmək və texniki nəzarət etmək - Claude, ChatGPT, Cursor, GitHub Copilot və digər AI alətlərindən development prosesində effektiv istifadə etmək - AI ilə hazırlanmış kodu analiz etmək, səhvləri müəyyənləşdirmək və professional səviyyəyə gətirmək Axtardığımız namizəd Full-Stack düşüncəyə sahib olmalıdır. Front-end, back-end, database, API, deployment və web layihənin ümumi işləmə məntiqini anlamalıdır. React / Next.js, JavaScript / TypeScript və müasir web texnologiyaları üzrə real təcrübə üstünlükdür. Dizayn anlayışı vacibdir Namizədin ayrıca peşəkar qrafik dizayner olması tələb olunmur. Amma: - UI/UX anlayışı olmalıdır - yaxşı və zəif interfeysi ayırd edə bilməlidir - saytın görünüşünü müasirləşdirə bilməlidir - istifadəçi rahatlığını düşünməlidir - lazım gəldikdə dizaynı özü dəyişə bilməlidir - responsive/mobile dizaynı düzgün qurmalıdır Ən vacib tələb — düşünmək bacarığıdır Biz “nə desək onu edən” proqramist axtarmırıq. Tapşırıq verildikdə namizəd özü də analiz etməli və lazım gəldikdə: “Bunu bu formada etməkdənsə, belə etsək daha düzgün, rahat və effektiv olar” deyə bilməlidir. Problemi görmək, araşdırmaq, alternativ həll tapmaq və nəticəyə çatdırmaq bacarığı vacibdir. AI bilikləri Süni intellekt alətlərindən development prosesində aktiv istifadə etməsi üstünlükdür. Lakin məqsəd yalnız AI-a kod yazdırmaq deyil. Namizəd AI tərəfindən hazırlanmış kodun düzgün olub-olmadığını özü anlayacaq səviyyədə proqramlaşdırma biliyinə sahib olmalıdır. İş şəraiti İş qrafiki: 11:00 – 19:00 İstirahət: ayda 4 gün İş formatı: tam ştat Maaş: 550 fix + bonus Müraciət üçün CV ilə birlikdə aşağıdakılar göndərilməlidir: - GitHub profili - Hazırladığı real layihələr - İşlədiyi texnologiyalar - AI development üçün istifadə etdiyi alətlər - Özünün hazırladığı və ya ciddi şəkildə iştirak etdiyi ən azı 2 layihə Yalnız real təcrübəsi və göstərilə biləcək işi olan namizədlərin müraciət etməsi xahiş olunur. Müsahibədə praktiki texniki yoxlama aparılacaq.

Bənzər elanlar