Air Cargo MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük üzrə Bəyənnaməçi axtarır.
Əsas vəzifələr:
İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi;
Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi;
Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti;
Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması;
İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması;
Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak;
Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması;
Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli;
Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi;
Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;
Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması;
Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması.
Namizədə tələblər:
Yaş: 25-45
Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar;
Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı tələb olunur;
Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik;
Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;
XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq;
e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı;
MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə;
Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı;
Rəsmi e-mail və işgüzar yazışma bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq;
İngilis və/və ya rus dili biliyi üstünlükdür;
Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı;
Diqqətli, məsuliyyətli və detallara həssas olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: 5 günlük
İş yeri: Bakı, Xətai rayonu, Azzure Biznes mərkəzi
Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 10.10.2026