Zooxels göz/qulaq damlaları - tərkibinə daxil olan təsiredici maddənin farmakoloji xüsusiyyətləri sayəsində terapevtik təsir göstərən baytarlıq vasitəsidir. Siprofloksasin - florxinolonlar qrupuna daxil olan sintetik antibakterial dərmandır. Antibakterial təsir spektrinə görə siprofloksasin digər florxinolonlarla oxşardır, lakin nisbi olaraq yüksək aktivliyə malikdir; norfloksasindən təxminən 3-8 dəfə daha fəaldır. Siprofloksasin mikrob hüceyrə DNT-sinin sintezində iştirak edən aktiv ferment qirazı inhibə edir, nəticədə beta-laktam antibiotiklərə, tetrasiklinlərə, makrolyidlərə və aminoglikozidlərə davamlı olan mikroorqanizmlərə qarşı sürətli bakterisid təsir göstərir. Preparat Escherichia coli, Salmonella spp., Campylobacter spp., Haemophilus spp., Pasteurella spp., Bordetella spp., Erysipelothrix rhusiopathiae, Klebsiella spp., Staphylococcus aureus, Streptococcus spp. və həmçinin Mycoplasma spp. kimi qrammənfi və qrammüsbət mikroorqanizmlərə qarşı effektlidir.