Günəşdən qoruyucu krem «maksimum mühafizə», UV şüalarının aqressiv təsirindən etibarlı müdafiə təmin edən inqilabi bir məhsuldur, iki növ günəş qoruyucu faktorları birləşdirir: SPF və PPD. Birincisi, B spektrinin şüalarının təsirindən qoruyur ki, günəş yanıqlarının yaranmasını qarşısını alır, ikincisi PPD (daimi pigmentasiyalı qaralma faktoru) isə A spektrinin dalğaları ilə fəaldır, təsiri gözə görünməzdir və nəticələri dərhal aşkar olmur, lakin dərinin hüceyrələrinə dərin nüfuz edərək dərini zədələyir və erkən yaşlanmaya, sərbəst radikalların yaranmasına səbəb olur. SPF və PPD-nin yüksək səviyyəsi krem tərkibinə daxil olan yeddi mineral və üzvi günəş qoruyucu filtrlərin birləşməsi ilə təmin olunur, bütün UVA/UVB şüalarının tam spektrini mənimsəyərək yüksək fotostabillik və qoruma səviyyəsi təmin edir. Krem D-pantenol və Şi yağı ilə zəngindir, dərini bəsləyir və nəmləndirir, günəş işığına məruz qalan dərinin qoruyucu baryerini effektiv bərpa edir. Suya davamlıdır. Günəşdən qoruyucu krem Beauty Sun SPF 80 sizin dəriniz üçün maximim UV şüalarına qarşı mühafizə təmin edən bir ekran olacaq.