Salam.
Zəhmət olmasa sonacan oxuyun.
2024-cü ildə ailəmlə birlikdə sevgi ilə qurduğumuz şirniyyat mağazası, kafe və ona aid tam təchiz olunmuş istehsalatı satışa çıxarırıq.
Satış səbəbi: Hazırda Buzovnada, dəniz yolunun üzərində yerləşən restoran, banket və otelimizdə yeni biznes layihəsinə başlamağımızdır. Artıq təxminən 5 aydır bütün diqqətimizi yeni biznesə yönəltdiyimiz üçün mağazaya və istehsalata əvvəlki kimi nəzarət edə bilmirik. Bu vəziyyətin həm mövcud müştəri bazasına, həm də gündəlik məhsul verdiyimiz kofe shoplarla əməkdaşlıqlara mənfi təsir göstərdiyi üçün biznesi satmaq qərarına gəldik.
Mağazanın üstünlükləri
• Mağaza birbaşa yolun üzərində (Ağa Nemətulla küçəsi), insanların sıx hərəkət etdiyi ərazidə yerləşir.
• Nərimanov metrosuna təxminən 4–5 dəqiqəlik məsafədədir.
• Mağaza və istehsalat fəaliyyətə hazır vəziyyətdədir.
• İstehsalat üçün bütün hər bir şey mövcuddur.
• Dessert istehsalı ustasının yeri ayrı qurulub
• Quru və mayalı mal ustasının yeri ayrı qurulub
• Geyinib-soyunma otağı üçün ayrı yer qurulub
• Anbar üçün ayrı yer qurulub
• Hətta toy, nişan, xına, ad günü və s. sifariş tortarının hazırlanması üçün ayrı yer qurulub
• Sifariş tortlarının hazırlanması və dekorasiyası üçün lazım olan avadanlıq, alətlər və tort ləvazimatlarının hər biri mövcuddur.
• Kafe və mağaza hissəsi üçün lazım olan avadanlıqlar tam şəkildə qurulub və hər biri tam işlək vəziyyətdədir.
• Mövcud işçi heyəti var və hər biri öz sahəsində təcrübəlidir.
• Hətta Yeni il, Halloween və digər xüsusi günlərdə mağazanın dekorasiyası üçün lazım olan bütün dekorlar, oyuncaqlar, yolkalar, geyimlər, maskalar və s mövcuddur. Mağazanı tam dekor etmək olur. Mağazanın çölü üçün yolka belə var, hündürlüyü 2 metrdən çoxdur.
Biz biznesin qurulmasında təmirə, təmir üçün alınan tikinti ləvazimatlarına, ustalara xidmət haqqı, 3 faza (380 V) çəkilməsi, müştəri yığana qədər çəkilən aylıq əmək haqqı və icarə xərcləri və s digər şeylərin ödənişini istəmirik.
Biz yalnızca mağaza və istehsalata alınmış əsas avadanlıqların dəyərini nəzərə alırıq və onların ödənişini istəyirik.
• Professional şirniyyat sobası – 3 faza, 380 V — 6 000 AZN
• Soyuducular-3 500 AZN
• Krem mikseri-1 250 AZN
• Xəmir mikseri-1 500 AZN
• Üyütmə aparatı-400 AZN
• Masalar-1 450 AZN
• Stullar-2 700 AZN
• Divan-1 000 AZN
• Kofe aparatı-4 500 AZN
• Kofeüyüdən-1 200 AZN
• Vitrinlər-7 000 AZN
• Kondisionerlər-2 000 AZN
• Kassa proqramı və avadanlıqları-3 000 AZN
Biznesin satış qiymətinə daxil etmədiyimiz xərclər aşağıda qeyd olunmuşdur:
• Mağazanın interyeri ve exterior Moskvada xüsusi dizayn edilmişdir — 1 500 AZN
• Kofe və kassa yerinin hazırlanması — 1 000 AZN
• Pilləkənin hazırlanması — 1 000 AZN
• Çöl reklamı və fasadın təmiri — 2 000 AZN
• Tavana quraşdırılmış işıqlandırmalar və gizli işıqlar— 650 AZN
• Dekorativ yaşıllıq — 1 250 AZN
ƏTRAFLI MƏLUMAT TAM YERLƏŞMƏDİYİ ÜÇÜN ŞƏKİL FORMASINDA QOYDUQ. DÜŞÜRÜK Kİ, BU QƏDƏR HƏR ŞEYİ OLAN BİR YER ÜÇÜN 35500 BÖYÜK MƏBLƏĞ DEYİL.